Braziliya millisinin üzvü “Barselona”dan təklif alıb

İngiltərənin “Everton” klubunun futbolçusu Riçarlison “Barselona”dan təklif alıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 23 yaşlı hücumçu özü açıqlama verib. O, mövsüm ərzində “Barselona” və “Mançester Yunayted”dən təklif aldığını deyib:

“Mövsüm ərzində bir çox təklif almışam. Bu klubların arasında “Barselona” və “Mançester Yunayted” də var idi. Ancaq klubum məni saxlamağa qərar verdi və mən də mövsümün ortasında ayrılmaq istəmədim.

Əlbəttə, “Barselona” kimi klubdan təklif almaq qürurvericidir. Çünki “Barsa” dünyanın ən böyük klublarından biridir”.

2018-ci ilin yayından “Everton”da çıxış edən Riçarlisonun müqaviləsi 2024-cü ilin iyununa qədərdir. Hücumçu Braziliya milli komandasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button