Ançelottinin seyfini oğurladılar

İngiltərənin “Everton” klubunun baş məşqçisi Karlo Ançelottinin evi qarət olunub.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. İki soyğunçu Ançelottinin Liverpuldakı evinə girib. Hadisə zamanı italyan mütəxəssisin qızı evdə olub. O, oğruları qorxudaraq qaçıra bilib. Polisin məlumatına görə, qarətçilər Ançelottinin seyfini oğurlayıblar.

Ançelotti, 2019-cu ilin dekabrından “Everton”u çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button