“Tottenhem” Dele Allini satdı
İngiltərənin “Everton” klubu heyətini daha bir yarımmüdafiəçi ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi “Tottenhem”dən Dele Allini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Alli bu mövsüm “Tottenhem”lə 18 oyunda 2 qol vurub.
“Everton” daha əvvəl “Mançester Yunayted”dən Donni van de Beki də icarəyə götürüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin