Runinin gözü “Nyukasl”dadır

İngiltərənin “Derbi Kaunti” komandasında baş məşqçilik edən Ueyn Runi Premyer Liqaya qayıtmaq istəyir.

Komanda.az xəbər verir ki, 35 yaşlı mütəxəssis “Nyukasl” klubunda çalışmaq istəyir. Bu barədə “chroniclelive.co.uk” saytı məlumat yayıb.

Runi “Nyukasl”da baş məşqçi Stiv Bryusun vəzifəsindən ayrılacağı halda, bu posta keçməyə hazırdır. İngilis keçmiş hücumçu artıq bu barədə klub rəhbərliyinə məlumat verib.

Runinin rəhbərlik etdiyi “Derbi Kaunti” Çempionşipdə sonuncu – 24-cü sıradadır.

Runi futbolçu karyerası ərzində İngiltərədə “Derbi Kaunti”, “Everton” və “Mançester Yunayted” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button