“Çelsi” futbolçusunu Braziliyaya göndərdi
İngiltərənin “Çelsi” klubu futbolçusu Kenedinin müqaviləsini yeniləyib.
Komanda.az xəbər verir ki, braziliyalı cinah oyunçusu ilə sözləşmənin müddəti 2023-cü ilin yayına qədər artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Çelsi” Kenedini Braziliyanın “Flamenqo” klubuna icarəyə verib. Yarımmüdafiəçi 2021/2022 mövsümünü bu klubda keçirəcək.
Kenedi 2015-ci ildən “Çelsi”dədir. O, müxtəlif vaxtlarda İngiltərədə “Nyukasl”, “Uotford”, İspaniyada “Xetafe” və “Qranada”da icarədə olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin