
“Çelsi” Babanı Çempionşipə göndərdi
İngiltərənin “Çelsi” klubu futbolçusu Abdul Rahman Baba ilə müqaviləni yeniləyib.
Komanda.az xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə sözləşmənin müddəti 3 illikdir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Baba Çempionşip təmsilçisi “Ridinq”ə icarəyə verilib. O, 2021/2022 mövsümünü bu klubda keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin