Futbolçuları “Çelsi”ni ziyana saldı
İngiltərənin “Çelsi” klubu cərimələnib.
Komanda.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının (FA) İntizam Komitəsi qərar verib. London klubu 25 min funt-sterlinq məbləğində cərimə olunub.
“Çelsi”nin futbolçuları Premyer Liqanın 3-cü turunun “Liverpul”la matçında (1:1) hakimin əleyhlərinə 46-cı dəqiqədə təyin etdiyi penalti qərarını düzgün qəbul etməyiblər və referiyə sərt reaksiya veriblər. FA oyunçuların belə davranışına görə “Çelsi”ni 25 min funt-sterlinq cərimələyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin