Türkiyə klubu 20 milyon avroluq təklifi rədd etdi

İngiltərənin “Brayton” klubu “Trabzonspor”un futbolçusu Uğurcan Çakır üçün Türkiyə təmsilçisinə rəsmi təklif göndərib.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, “Brayton”un 25 yaşlı qapıçı üçün “Trabzonspor”a 20 milyon avro təklifi etdiyi bildirilib. Qaradəniz təmsilçisi bu təklifi rədd edib.

“Trabzonspor” Uğurcan üçün 30 milyon avro tələb edir. Bundan başqa, Super Liqa təmsilçisi qapıçının transferi ilə bağlı son qərarını iyunda verəcək.

Uğurcanla İngiltərənin “Brayton”, “Liverpul”, “Tottenhem”, Almaniyanın “Leyptsiq”, İspaniyanın “Sevilya”, İtaliyanın isə “İnter” klubu yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button