Reyna koronavirusdan danışdı: “Bir anlıq hər şeyin bitdiyini düşündüm”

İngiltərənin “Aston Villa” klubunda çıxış edən Pepe Reyna koronavirusa qalib gəlir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 37 yaşlı qapıçı “Corriere dello Sport” nəşrinə danışıb:

“Artıq mən koronavirusa qarşı mübarizədə qalib gəlirəm. Ən çətin an oksigenin tükəndiyi 25 dəqiqə idi. Nəfəs ala bilmirdim. Bir anlıq hər şeyin bitdiyini düşündüm. Sonsuz bir qorxu yaşadım. Həyatımın ən çətin anları idi”.

Reyna bir müddət əvvəl özündə koronavirusun simptonlarını hiss etdiyini, ancaq həkimlər tərəfindən test edilmədiyini açıqlamışdı.

Karyerası ərzində “Barselona”, “Liverpul” , “Napoli”, “Bavariya” kimi klubların formasını geyinmiş Reyna, müqavilə ilə “Milan”a məxsusdur. O, qış transfer  pəncərəsi dövründə icarə əsasında “Aston Villa”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button