Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin “Aston Villa” klubu futbolçusu Aaron Remzi ilə peşəkar müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Aaron “Aston Villa”nın əsas komandasında çıxış edən Ceykob Remzinin qardaşıdır. 19 yaşlı Ceykob bu mövsüm Premyer Liqada 13 oyuna çıxıb.

“Aston Villa”nın yetirməsi olan Aaron Remzi bu mövsüm 2-ci Premyer Liqada 17 oyunda 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button