“Arsenal”ın sabiq futbolçusu ağır xəstəliyə tutulub
İngiltərənin “Arsenal” klubunun sabiq futbolçusu Kenni Sensom ağır xəstəliyə tutulub.
Komanda.az xəbər verir ki, sabiq müdafiəçiyə beyin xəstəliklərinin bir növü olan demans forması diaqnozu qoyulub. Sensomun müalicəsinə başlanılıb.
Sensom 1980-88-ci illər aralığında “Arsenal”da çıxış edib. Keçmiş müdafiəçi İngiltərə millisi ilə 86 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin