
“Arsenal” bunu da yaşadı – 91 il sonra
İngiltərənin “Arsenal” klubu Premyer Liqanın 33-cü turu çərçivəsində doğma meydanda “Everton”a uduzub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 0:1 hesabıyla bitən matç “Arsenal” üçün antirekordla əlamətdar olub. Belə ki, “topçular” bu mövsüm 9-cu dəfə Premyer Liqada öz meydanında uduzub. Bu, son 91 ilin ən pis göstəricisidir.
“Arsenal” sonuncu dəfə 1929/30 mövsümündə doğma meydanda 9 dəfə uduzmuşdu.
“Arsenal” hazırda Premyer Liqada 9-cu sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin