
İngiltərənin 2 klubu Subimendini almağa çalışacaq
“Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi İngiltərənin daha bir klubunun marağına səbəb olub.
Keçən yay “Liverpul” ispaniyalı futbolçunu almaq istəyirdi, ancaq o, son anda qalmağı seçdi.
Komanda.az “GiveMeSport”-a istinadən xəbər verir ki, indi “Arsenal” 26 yaşlı yarımmüdafiəçiyə əsas namizəd hesab olunur.
“Mançester Yunayted” də qarşıdakı transfer pəncərəsində Subimendini transfer etməyi düşünür. Onun müqaviləsində 60 milyon avroya yaxın satınalma maddəsi var.
Subimendinin “Real Sosyedad”la sözləşməsi 2027-ci ilin ortalarına qədərdir. O, bu mövsüm komandasının heyətində 35 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin