“Atletiko” Qrizmannı kiminlə əvəzləyəcəyini müəyyənləşdirib

“Marsel”in hücumçusu Meyson Qrinvud karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Atletiko” ingiltərəli forvardı transfer etməkdə maraqlıdır.

23 yaşlı futbolçu madridlilərin heyətində Antuan Qrizmannı əvəz edə bilər. Fransalı hücumçunun cari mövsümün sonunda “Atletiko”nu tərk edəcəyi gözlənilir.

Qrinvud cari Fransa çempionatında 26 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button