İngiltərəli futbolçu üçün il başa çatdı
“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu komandanın yarımmüdafiəçisi Ceyms Meddisonun zədəsi haqda danışıb.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, baş məşqçi futbolçunun bu il bir daha oynaya bilməyəcəyini deyib:
“Meddison üçün ən yaxşı xəbər deyil. O, ayaq biləyindən zədələnib. Çox güman ki, o, bu il bir daha oynamayacaq”.
Daha əvvəl Meddisonun zədə səbəbindən İngiltərə yığmasının heyətində AÇ-2024-ün seçmə mərhələsində oynamayacağı barədə məlumat yayılmışdı.
26 yaşlı yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada 11 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin