Kanadalı hücumçu İngiltərənin 7 klubunun hədəfindədir

“Lill”in hücumçusu Conatan Davidə İngiltərə Premyer Liqasının klubları arasında tələbat var.

Komanda.az xəbər verir ki, bu barədə “i Paper” nəşri məlumat yayıb.

Kanadalı forvardla İngiltərənin yeddi klubu maraqlanır. Bunlar “Liverpul”, “Nyukasl”, “Tottenhem”, “Vest Hem”, “Arsenal”, “Çelsi” və “Mançester Yunayted”dir.

25 yaşlı futbolçunun transfer dəyəri 45 milyon avro qiymətləndirilir. Onun “Lill”lə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir. O, Fransa çempionatının cari mövsümündə 24 oyun keçirib, 14 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button