
Rodriqo Premyer Liqadan 2 klubun maraq dairəsindədir
Braziliya millisinin və “Real”ın hücumçusu Rodriqo İngiltərə Premyer Liqasına transfer oluna bilər.
Komanda.az AS-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun xidmətində iki aparıcı klub – “Arsenal” və “Mançester Siti” maraqlıdır.
Daha əvvəl mediada yayılan xəbərlərə əsasən, Rodriqo “kral klubu”ndakı mövqeyindən narazıdır və komandadan ayrılmaq variantını nəzərdən keçirir.
Braziliyalı futbolçunun “Real”la olan müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



