
Türam İngiltərənin 2 klubunun “radar”ındadır
“İnter”in hücumçusu Markus Türam karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.
27 yaşlı forvardla Premyer Liqanın iki top-klubu – “Arsenal” və “Mançester Yunayted” ciddi şəkildə maraqlanır.
Türamın Milan təmsilçisi ilə bağladığı müqavilədə 85 milyon avro məbləğində sərbəst qalma bəndi yer alıb. O, son mövsümdə A Seriyasında 32 oyunda iştirak edərək, 14 qola və 4 məhsuldar ötürməyə imza atıb.
Fransalı futbolçunun “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin