
İngiltərədə cəmi 5 klub bütün meyarlara cavab verir
İngiltərədə kişi peşəkar futbolu üzrə aparılmış ən genişmiqyaslı araşdırma maraqlı nəticələr ortaya çıxarıb.
Komanda.az “Fanbanter” portalına istinadən xəbər verir ki, cəmi 5 klub yeni tənzimləmə sisteminin bütün meyarlarına cavab verib.
“Fair Game” şirkəti tərəfindən aparılan yoxlama zamanı 200-ə yaxın komanda 8 əsas kriteriya – o cümlədən maliyyə dayanıqlığı və şəffaflıq üzrə testdən keçirilib.
Nəticədə, yalnız bu komandalar bütün parametrlərə uyğun sayılıb:
“Brayton” (Premyer Liqa)
“Kembric Yunayted”
“Karlayl Yunayted”
“Uimbldon”
“Bat Siti”
Bunlardan dördü aşağı liqalarda çıxış edir.
Hesabatda həmçinin, qeyd olunur ki, İngiltərənin ən yüksək dörd liqasında yer alan 92 klubdan 43-nün maliyyə ehtiyatı cəmi bir aydan az müddətə kifayət edir. Bu isə klubların potensial ləğv olunma riski ilə üzləşə biləcəyini göstərir.
Bizi Facebook-da izləyin



