AÇ-2020-nin oyunları Bakıda keçirilməyə bilər – UEFA qərar verəcək
Növbəti ilin yayında keçiriləcək AÇ-2020-nin bütün oyunları İngiltərədə baş tuta bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, yerli futbol federasiyası bunun üçün UEFA ilə danışıqlara başlayıb. Federasiya turnirin bütün oyunlarının İngiltərədə keçirilməsini istəyir. Əvvəlki qərara görə, AÇ-2020-nin final mərhələsinin oyunları 12 fərqli şəhərdə keçirilməli idi. Lakin UEFA koronavirusla bağlı yaranan vəziyyətə görə yarışın bir ölkədə keçirilməsini istisna etmir. İngiltərə UEFA-nın növbəti iki ay içərisində yekun qərarını verməsini gözləyir.
AÇ-2020-nin keçirilməsi planlaşdırılan 12 şəhərin içərisində Bakı da var. Turnir koronavirus səbəbiylə növbəti ilin yayına təxirə salınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin