“Çelsi” 2 hücumçunun transferini nəzərdən keçirir

“Çelsi” iki hücumçunun transferi üzərində çalışır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu həm “Barselona”dan Mark Giu, həm də “Lill”dən Conatan Davidi transfer etmək istəyir.

“Çelsi” Giu üçün 6 milyon avroluq sərbəstqalma məbləği ödəmək niyyətindədir.

Conatan Davidə gəlincə, müqavilənin dəyəri 30 milyon avro qiymətləndirilir, lakin futbolçu üçün böyük rəqabət var.

İngiltərə klubu növbəti mövsümdə Nikolas Ceksonla rəqabət aparacaq yeni hücumçu axtarışındadır. Seneqallı futbolçu Premyer Liqadakı ilk mövsümündə 14 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button