İngiltərə superkubokunun qalibi müəyyənləşdi
“Liverpul” 16-cı dəfə İngiltərə superkubokunun sahibi olub.
Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi Lester şəhərində son İngiltərə çempionu “Mançester Siti”ni 3:1 məğlub edərək bu titula yiyələnib.
“Liverpul”un heyətində Trent Aleksander-Arnold (21), Məhəmməd Salah (83, penalti) və Darvin Nunyes (90+4) fərqlənib. “Mançester Siti”nin yeganə qolunu isə Xulian Alvares (70) vurub.
Xatırladaq ki, ötən il də “Mançester Siti” superkubok matçında “Lester Siti”yə 0:1 uduzaraq bu titula sahib çıxa bilməmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin