“Tottenhem” – “Çelsi” matçında xoşagəlməz hadisə
İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən “Tottenhem” – “Çelsi” matçında (0:2) xoşagəlməz hadisə yaşanıb.
Komanda.az xəbər verir ki, London derbisinin gedişində yerli fanatlar “Çelsi”nin futbolçusu Antonio Rüdigerə qarşı irqçi şüarlar səsləndiriblər. Bu barədə alman müdafiəçi rəsmi “tvitter” hesabından məlumat yayıb.
İrqçi şüarlarla bağlı stadionda üç dəfə azarkeşlərə xəbərdarlıq edilib. Oyundan sonra “Tottenhem” rəsmiləri irqçilik edən azarkeşlərin videogörüntü vasitəsilə aşkar ediləcəyini, müəyyən tədbirlər görüləcəyini bildiriblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin