Fernandes 1-ci, Salah 3-cü oldu
İngiltərə Premyer Liqasında bu mövsüm ən çox qol imkanı yaradan futbolçuların adları bilinib.
Komanda.az yarışın saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes yer alıb. Portuqaliyalı futbolçu bu mövsüm ümumilikdə 45 qol imkanı yaradıb.
2-ci pillədə “Liverpul”dan Trent Aleksander-Arnold yer alıb. İngilis müdafiəçi 44 dəfə komandasına qol fürsəti yaradıb.
İlk 3-lüyü “Liverpul”dan Məhəmməd Salah tamamlayır. Premyer Liqada 14 qolla bombardir olan misirli hücumçu bu mövsüm 33 dəfə qol imkanı yaradıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin