Premyer Liqada “qırmızı zona” ilə bağlı qərar
İngiltərə Premyer Liqası klubları futbolçularına hökumət tərəfindən müəyyən edilən, “qırmızı zona”ya daxil olan ölkələrin milli komandalarına getmələrinə icazə verməyəcək.
Komanda.az xəbər verir ki, buna səbəb koronavirusla bağlı yaranan epidemioloji vəziyyətin getdikcə ağırlaşmasıdır. İngiltərə hökuməti tərəfindən “qırmızı zona”ya 26 ölkə salınıb.
“Qırmızı zona”da olan ölkələrə gedən futbolçular İngiltərəyə qayıtdıqdan sonra 10 günlük karantinə alınacaq. Belə olan halda, futbolçular komandalarının bir neçə oyununu buraxmalı olacaqlar.
Türkiyə də İngiltərənin “qırmızı zona”sına daxildir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin