Premyer Liqada aprel ayının ən yaxşı məşqçisi məlum oldu
İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı məşqçisi mükafatını “Everton”un çalışdırıcısı Şon Dayç qazanıb.
Komanda.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, keçən ay “Everton” çempionatda 6 oyun keçirib. Komanda bu matçlarda 4 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət alıb. Mersisaydlılar qalib gəldiyi 4 matçın hər birində qapısını toxunulmaz saxlayıb.
Şon Dayç karyerasında üçüncü dəfə Premyer Liqada ayın məşqçisi seçilib. O, əvvəllər 2018-ci ilin martında və 2020-ci ilin fevralında – “Bernli”də bu mükafata layiq görülüb.
“Everton” hazırda İngiltərə çempionatının turnir cədvəlində 15-ci yerdədir. Dayçın komandası növbəti oyununu mayın 11-də “Şeffild Yunayted”ə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin