Millinin keçmiş futbolçusunun meşədə cəsədi tapılıb

Karlar üzrə çünya çempionatında Böyük Britaniyaya bürünc medal qazandıran ingiltərəli qadın futbolçu Qemma Visman meşədə ölü tapılıb.

Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Vismanın ölüm səbəbi hələlik məlum deyil. Onun cəsədini dekabrın 16-da, Norviç şəhərinin yaxınlığında bir sakin aşkar edib.

Faktla bağlı araşdırma aparılır.

33 yaşlı Qemma Visman 2016-cı ildə İtaliyada keçirilən karlar üzrə dünya kubokunda Böyük Britaniya yığmasının heyətində 3-cü yeri tutmuşdu. Onun 3 yaşlı qızı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button