İngiltərə millisində daha bir dəyişiklik edildi

Futbol üzrə İngiltərə millisinin AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Çexiya və Monteneqro ilə qarşı keçirəcəyi oyunlar üçün açıqladığı heyətdə daha bir dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, “Mançester Yunayted”in müdafiəçisi Lyuk Şou heyətdən zədələndiyi üçün heyətdən kənarlaşdırılıb. Bu barədə İngiltərə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Əvəzində “Çelsi”nin futbolçusu Kallum Hadson-Odoi milliyə dəvət alıb. 18 yaşlı yarımmüdafiəçi ilk dəfə ölkəsinin yığmasına çağırılıb.

Xatırladaq ki, daha öncə “Liverpul”un futbolçusu Cordan Henderson zədələndiyi üçün heyətdən çıxarılmışdı və onun əvəzinə “Sauthempton”dan Ceyms Uord-Prouz milliyə çağırılmışdı.

İngiltərə martın 22-də Çexiya, 25-də isə Monteneqro ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button