Qola həsrət milli komanda
İngiltərə millisi 2000-ci ilin noyabrından bəri ilk dəfədir ki, ardıcıl 3 matçda qol vura bilmir.
Komanda.az xəbər verir ki, İngiltərə yığması UEFA Millətlər Liqasında İtaliya (0:0 və 0:1) və Macarıstanla (0:4) matçlarda qolsuz qalıb.
İngiltərə millisində sonuncu dəfə 2000-ci ilin oktyabr və noyabr aylarında belə bir seriya olub. Britaniyalılar Almaniya (0:1) və Finlandiya (0:0) ilə DÇ-2002-nin seçmə oyunlarında, eləcə də İtaliya ilə yoldaşlıq oyununda (0:1) qol vura bilməyiblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin