
İngiltərə millisi Bakıdakı dünya çempionatında heç-heçə edib
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Komanda.az xəbər verir ki, C qrupunun 2-ci turunda İngiltərə və Macarıstan yığmaları üz-üzə gəlib. Milli Gimnastika Arenasındakı qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
İngiltərə 1-ci turda Ukraynanı dörd cavabsız qolla üstələyib. Macarlar isə Türkiyə ilə bərabərə qalıb – 1:1.
C qrupunun Ukrayna – Türkiyə matçı bu gün saat 19:30-da başlayacaq.
Dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



