İngiltərə yığmasında ciddi itki – seçmə mərhələ oyunlarını buraxacaq

İngiltərə milli komandasının və “Everton”un futbolçusu Cordan Pikford zədələnib.

Komanda.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 27 yaşlı qapıçı Premyer Liqanın 28-ci turunun “Bernli” ilə matçında (1:2) zədələnib.

Pikford zədə səbəbindən İngiltərə yığmasının DÇ-2022-nin seçmə mərhələsindəki oyunlarını buraxmalı olacaq.

İngiltərə yığması DÇ-2022-nin seçmə mərhələsində martın 25-də San Marino, 28-də Albaniya, 31-də isə Polşa ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button