Bekhemin 24 milyon dollarlıq malikanəsi FOTOLAR

İngiltərə milli komandasının sabiq futbolçusu Devid Bekhem həyat yoldaşı Viktoria Bekhem ilə Mayamidə yeni ev alıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük yeni evləri üçün 24 milyon dollar ödəyib. Bekhem ailəsinin yeni evi memarı Zaha Hadid olan göydələnin 61-ci mərtəbəsində yerləşir.

Bekhem ABŞ-ın “İnter Mayami” klubunun prezidentidir. Keçmiş yarımmüdafiəçinin komandası MLS-də debüt etsə də, koronavirus pandemiyasına görə mövsüm dayandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button