AÇ-2020: “Tənqid olunmağım ilk dəfə deyil” – Keyn
İngiltərə milli komandasının hücumçusu Harri Keyn son zamanlarda tənqid olunması ilə bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Keyn, özünə inandığını deyib:
“Tənqid olunmağım ilk dəfə deyil. Bəzən elə olur ki, vurduğum hər zərbə qolla nəticələnir, bəzən də heç zərbə vura bilmirəm. Hazırda məndə ikinci situasiyadır.
İnsanlar fikirlərini tez dəyişirlər. Ötən mövsüm Premyer Liqada bombardir olandan sonra dünyanın ən yaxşı hücumçusu adlandırılırdım. İnsanlar mənim haqqımda yüksək düşünürdülər. Hər zaman özümə inanmışam.
İndi AÇ-2020-nin 1/8 final mərhələsi başlayır. Yaxşı çıxış edib, finala qədər getməliyik”.
İngiltərə millisi AÇ-2020-nin 1/8 finalında Almaniya ilə qarşılaşacaq. Oyun iyunun 29-da keçiriləcək.
AÇ-2020-nin qrup mərhələsində üç oyuna çıxan Keyn hələ fərqlənə bilməyib.
Bizi Facebook-da izləyin