İngiltərə millisində qalmaqal – “Mançester Siti”nin futbolçusu kənarlaşdırıldı

İngiltərə milli komandasının heyətində dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, “Mançester Siti”nin üzvü Rahim Sterlinq yığmanın heyətindən çıxarılıb. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. Sterlinqin millidən kənarlaşdırılmasına səbəb, yığmanın məşqi zamanı “Liverpul”un futbolçusu Co Qomeslə mübahisə etməsi olub.

Sterlinqlə Qomes İngiltərə Premyer Liqasının sonuncu turunun “Liverpul” – “Mançester Siti” matçında da mübahisə etmişdi. Sözügedən qarşılaşmada Mersisayd təmsilçisi 3:1 hesablı qələbə qazanmışdı.

İngiltərə millisi noyabrın 14-də Monteneqro, 17-də isə Kosovo ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button