
Premyer Liqa klubundan baş məşqçi ilə yeni müqavilə
İngiltərənin “Bornmut” klubu baş məşqçisi ilə müqaviləni uzadıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə klubu Andoni İraola ilə 2026-cı ilin ortalarına qədər davam edəcək müqavilə imzalayıb.
İraola keçən yay “Bornmut”un “sükanı arxasına” keçib. O vaxtdan bəri komanda 43 rəsmi oyun keçirib, 17 qələbə qazanıb, 9 heç-heçə edib və 17 məğlubiyyət alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin