İngiltərə klubunda 63 ildən sonra ilk

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutan Moskva “Spartak”ı ilə oyun “Lester”in hücumçusu Patson Daka üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, zambiyalı futbolçu bu qarşılaşmada 4 qola imza atıb.

Daka son 63 il ərzində bütün turnirlərdə poker edən ilk “Lester”lidir. İlk dəfə 1958-ci ilin noyabrında Derek Hines “Aston Villa” ilə qarşılaşmada 4 dəfə fərqlənib.

Patson həm də, Yakob Mulenqadan sonra avrokuboklarda 3 və daha çox qol vuran ikinci zambiyalı futbolçu kimi tarixə düşüb. Mulenqa 2013-cü il iyulun 25-də “Utrext”in heyətində het-trikə imza atıb.

“Lester” səfərdə qarşılaşdığı “Spartak”la oyundan 4:3 hesablı qələbə ilə ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button