İngiltərə klubu Xavi ilə iki dəfə danışıqlar aparıb
“Barselona”nın keçmiş baş məşqçisi Xavi “Mançester Yunayted”i çalışdıra bilər.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi artıq son bir neçə ay ərzində iki dəfə ispaniyalı məşqçi ilə mümkün təyinatla bağlı danışıqlar aparıb.
“Mançester Yunayted”in rəhbərliyi mövsümə uğursuz başlayandan sonra hazırkı baş məşqçi Erik ten Haqın yerinə potensial namizəd axtarır. Ten Haqın rəhbərlik etdiyi komanda Avropa Liqasında heç bir qələbə qazana bilməyib (2 heç-heçə), Premyer Liqada 12-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin