İngiltərə klubu “Qarabağ”ın keçmiş məşqçisini istefaya göndərib

İngiltərənin “Şeffild Yunayted” klubu üç ay əvvəl müqavilə imzaladığı baş məşqçi, vaxtilə “Neftçi” və “Qarabağ”da köməkçi kimi çalışmış Ruben Sellesi istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə Çempionşip klubunun mətbuat xidməti məlumat yayıb. 

42 yaşlı ispaniyalı mütəxəssislə iyunda 3 illik müqavilə imzalanmışdı.

“Şeffild Yunayted” bu mövsüm Çempionşipdə keçirdiyi 5 turda xal qazana bilməyib. Komanda 1 qol vurub, 12 top buraxıb və turnir cədvəlində 24 komanda arasında sonuncu yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button