
“Vest Hem” “Roma”nın kapitanına göz dikib
“Vest Hem” “Roma”nın kapitanı Lorenzo Pelleqrininin transferində maraqlıdır.
Komanda.az xəbər verir ki, bu barədə “GiveMeSport” məlumat yayıb.
İngiltərə təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə bağlı artıq ilkin məlumatlar toplayıb. İddialara görə, “Roma” maliyyə yükünü azaltmaq məqsədilə Pelleqrininin komandadan azad agent kimi ayrılmasına razılıq verə bilər.
İtaliyalı futbolçu 2017-ci ildən “Roma”nın şərəfini qoruyur. O, son mövsümdə 34 oyunda meydana çıxaraq, 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti gələn il başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin