İngiltərə klubu “Milan”ın hücumçusu üçün danışıqlar aparır

“Mila”ın nigeriyalı hücumçusu Samuel Çukvueze İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fulhem” 26 yaşlı futbolçunun transferi ilə bağlı “Milan”la danışıqlar aparır.

Tərəflər 25 milyon avroluq keçidin detalları üçün mütəmadi əlaqə saxlayır.

Çukvueze ötən mövsüm A Seriyasında 26 matçda iştirak edib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button