İngiltərə klubu gürcü futbolçu üçün 35 milyon avro ödəməyə hazırdır

“Valensiya”nın və Gürcüstan millisinin 23 yaşlı qapıçısı Giorgi Mamardaşvili karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, qapıçı ilə “Nyukasl” maraqlanır. İngiltərə klubu futbolçu üçün təxminən 35 milyon avro ödəməyə hazırdır.

Mamardaşvili “Valensiya”ya Tbilisi “Dinamo”sundan keçib. Onun transfer məbləği 850 min avro olub. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button