İngiltərə klubu 31,5 milyon avroya hücumçu alır

“Nottingem Forest” “Renn”lə 23 yaşlı hücumçu Arno Kalimuendonun transferi üzrə razılığa gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müqavilənin dəyəri 31,5 milyon avro təşkil edir. Fransalı oyunçu yaxın günlərdə tibbi yoxlamadan keçdikdən sonra rəsmi sözləşməyə imza atacaq.

Kalimuendo ötən mövsüm “Renn”in ən məhsuldar oyunçusu olub. O, Fransa çempionatında 33 matçda 17 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard son üç mövsüm ərzində “Renn”də çıxış edib.

“Nottingem Forest” ötən mövsüm Premyer Liqada 65 xal toplayaraq, turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button