Premyer Liqada ilin ən yaxşı futbolçusu bilindi

İngiltərə Futbol Azarkeşləri Assosiasiyası Premyer Liqada ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu, “Mançester Yunayted”in futbolçusu Bruno Fernandesdir. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İlin ən yaxşısı adına Fernandesdən başqa, “Tottenhem”dən Son Hın Min, “Aston Villa”dan Cek Qriliş, “Lester”dən Ceymi Vardi, “Mançester Siti”dən Kevin de Bruyne və “Liverpul”dan Məhəmməd Salah namizəd olmuşdu.

Fernandes bu mövsüm “Mançester Yunayted”lə Premyer Liqada 28 oyunda 16 qol vurub, 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button