
Runinin komandasının 12 xalını sildilər
İngiltərə Çempionşipində mübarizə aparan “Derbi Kaunti” klubunun 12 xalı silinib.
Komanda.az xəbər verir ki, buna səbəb klubun maliyyə feyr-pleyi qaydalarına əməl etməməsi olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Derbi Kaunti”nin 8 turdan sonra 10 xalı var idi. Komanda hazırda -2 xalla sonuncudur.
“Derbi Kaunti”ni “Mançester Yunayted”in və İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin