Torres İngiltərənin 3 klubunun hədəfindədir

“Barselona”nın hücumçusu Ferran Torres İngiltərə Premyer Liqası təmsilçilərinin hədəfində qalmaqdadır.

25 yaşlı futbolçunun “Barsa”da qeyri-sabit çıxışı fonunda İngiltərəyə qayıdacağı ilə bağlı şayiələr davam edir.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, ispaniyalı oyunçu “Tottenhem”, “Aston Villa” və “Nyukasl”ın hədəfindədir. O, əvvəllər ilyarım “Mançester Siti”də çıxış edib, 2022-ci ilin əvvəlində “Barselona”ya keçib.

Torres bu mövsüm “Barselona”da 34 matçda 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button