“Canavarlar”ın fransız sevgisi
İngiltərənin “Vulverhempton” klubu “Atletiko”dan Tomas Lemarı transfer etmək istəyir.
Komanda.az xəbər verir ki, “canavarlar” fransız yarımmüdafiəçini icarəyə götürmək niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, “Vulverhempton”un Lemarı icarəyə götürüb, daha sonra 40 milyon avro qarşılığında transfer etmək hüququna sahib olmaq istədiyi bildirilir.
Fransa millisinin də üzvü olan 24 yaşlı yarımmüdafiəçi ilə “Çelsi” də yaxından maraqlanır.
2018-ci ildə “Monako”dan 70 milyon avro qarşılığında “Atletiko”ya keçən Lemar, bu mövsüm Madrid klubuyla 21 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin