Pişiyə görə millidən də kənarlaşdırıldı
İngiltərənin “Vest Hem” klubunun pişiyinə şiddət tətbiq edən və bunu sosial şəbəkə hesabında paylaşan müdafiəçisi Kurt Zuma Fransa yığmasına çağırılmayacaq.
Komanda.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Didye Deşam ESPN telekanalına açıqlamasında deyib. O, Zumaya çox qəzəbli olduğunu və bu səbəbdən, müdafiəçini millinin mart toplanışına dəvət etməyəcəyini bildirib.
Zuma etdiyi hərəkətə görə “Vest Hem” klubu tərəfindən cərimələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin