Premyer Liqa klubunda yeni baş məşqçi
İngiltərənin “Uotford” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin “sükan”ı Kike Sançes Floresə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 54 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Flores, 2015/16 mövsümündə də “Uotford”u çalışdırıb. Onun son iş yeri Çinin “Şanxay Şenhua” klubu olub.
“Uotford”da bir müddət əvvəl baş məşqçi Xavi Qrasiya vəzifəsindən ayrılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin