Premyer Liqa klubundan baş məşqçi qərarı
İngiltərənin “Uotford” klubu baş məşqçisi Naycel Pirsonun müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Xəbərdə, Pirsonun növbəti mövsümdə də komandanın “sükanı arxasında” olacağı bildirilib.
Ötən ilin dekabrında “Uotford”a baş məşqçi təyin olunan 56 yaşlı mütəxəssisin müqaviləsi mövsümün sonuna qədərdir.
“Uotford” koronavirusa görə dayandırılan Premyer Liqada 17-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin