“Mourinyo dünyanın hər yerində uğur qazana biləcək məşqçidir” – Keyn
İngiltərənin “Tottenhem” klubunun futbolçusu Harri Keyn açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ingilis hücumçu, bir müddət əvvəl komandanın baş məşqçi postundan qovulan Joze Mourinyo haqda fikirlərini bildirib:
“Açığı, Mourinyonun gedəcəyini heç düşünmürdüm. Onun komandadan ayrılması mənim üçün sürpriz oldu. Onunla yaxşı münasibətim var idi. Hara gedəcəksə, ona uğurlar arzu edirəm. Mourinyo dünyanın hər yerində uğur qazana biləcək məşqçidir”.
Keyn bu mövsüm “Tottenhem”lə 43 oyunda 31 qol vurub, 16 məhsuldar ötürmə edib.
Portuqaliyalı mütəxəssis Joze Mourinyo aprelin 19-da “Tottenhem”də baş məşqçi postundan qovulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin